ATU-nun Tədris Terapevtik Klinikasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında (TTK) az təminatlı ailələrinin, şəhid ailələrinin, qazi ailələrinin övladları, uşaq evlərində məskunlaşmış uşaqlar üçün ödənişsiz müayinə aksiyası keçirilib. Uşaqlar üçün pediatrik tibbi müayinələr təşkil olunub.
Qeyd edək ki, aksiya çərçivəsində 100-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib. Hər bir uşağa möhkəm sağlamlıq arzuluyırıq.