Rezidentura üzrə klinik bazaların rəhbərlərinə və rezidentlərin nəzərinə!

Sağlamlıq vəziyyəti və sosial məzuniyyətlə əlaqədar 2023-cü ilin noyabr ayında yekun attestasiyada iştirak edə bilməyən rezidentlər üçün Azərbaycan Tibb Universitetinin müvafiq kafedralarında yekun attestasiyanın II-ci mərhələsi (praktiki komponent üzrə) 19 mart 2025-ci il  tarixində  saat 10 00-da Attestasiya Komissiyası tərəfindən aparılacaqdır. Bu mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

Apellyasiyaya müraciət:  İmtahan günü Apellyasiya şöbəsinə ərizə ilə müraciət olunmalıdır. Müraciət 3 iş günü ərzində cavabladırılır. 

 

 

İxtisaslar

 

Imtahanın keçiriləcəyi yer

Rezidentin sayı

Daxili xəstəliklər

 

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 8-ci mərtəbə

 

1

Epidemiologiya

 Azərbaycan Tibb Universitetinin 5-ci korpusu(əsas bina) , Epidemiologiya kafedrası

 

1

Kardiologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası,  8-ci  mərtəbə

 

3

Mamalıq-ginekologiya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, 13-cü mərtəbə

 

11

Oftalmologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  4-cü mərtəbə

 

1

Pediatriya,

 

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 5-ci mərtəbə

 

4

Psixiatriya

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası

 

3

Şüa diaqnostikası

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, 12-ci mərtəbə.

 

1

Tibbi mikrobiologiya

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası, 3-cü mərtəbə

 

4

Travmatologiya-ortopediya

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, 9-cu mərtəbə

 

1

Uşaq cərrahiyyəsi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, 4-cü  mərtəbə

 

2

Ümumi cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  13-cü mərtəbə

 

3

Yoluxucu xəstəliklər,

Uşaq yoluxucu xəstəliklər

Azərbaycan Tibb Universitetinin  1№-li tədris korpusu (Latın korpusu), 2-ci mərtəbə

 

2

Neonatologiya 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İnzibati bina 1-ci mərtəbə

 

2

Nevrologiya

Uşaq nevrologiyası

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 7-ci mərtəbə

 

4

Endokrinologiya

Azərbaycan Tibb Universitetinin  Tədris Terapiya Klinikası, 9-cu mərtəbə

1

Laboratoriya işi

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrası, 4 nömrəli  tədris binası, 4-cü mərtəbə

1

Endodontiya və uşaq stomatologiyası

Azərbaycan Tibb Universitetinin Tədris  Stomatologiya Klinikası

4

Yekun attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Rezidentura və magistratura şöbəsi.