Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamentinin təşəbbüsü ilə 19 və 25 mart tarixlərində EBSCO tərəfindən iki məlumat xarakterli vebinar keçiriləcək.
Birinci vebinar:
19 mart (Moskva vaxtı ilə 13.00) tarixində EBSCO tibbi resurslara (Medline, CINAHL, SMART, DynaMed.), elmi jurnalların kolleksiyalarına, tibbi animasiyalar mövzularına həsr olunacaq.
Iştirakçılara tibbi resurslar haqqında ətraflı məlumat veriləcək, axtarış sistemindən düzgün istifadə qaydaları izah olunacaq.
Qeydiyyat linki:
https://ebsco-russian.zoom.us/webinar/register/WN_jSWgDdedRWqBdF5fEDF0mQ#/registration
İkinci vebinar:
25 mart keçiriləcək vebinarda (Moskva vaxtı ilə 13.00) EBSCO Discovery Service və Google Scholar haqqında ətraflı məlumat veriləcək. Vebinarda elmi işlərin yazılması zamanı EBSCO Discovery Service sisteminin üstünlükləri izah ediləcək.
Qeydiyyat linki:
https://ebsco-russian.zoom.us/webinar/register/WN_JJ_hJ6j0QdiuwXZ7j4k6_Q#/registration
Qeyd edək ki, hər vebinar bir saat ərzində davam edəcək, sonda bütün iştirakçılara sertifikat təqdim olunacaq.