Erasmus Mundus proqramının ALRAKİS, BACKİS və TEMPO layihələri üzrə seminar keçirilmişdir
Fevralın 22-də ATU-nun Tədris-Terapevtik Klinikasında Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İlham Abbasovun iştirakı ilə Azərbaycan Tibb Universitetinin müəllim və rezidentləri üçün Erasmus Mundus proqramının ALRAKİS, BACKİS və TEMPO layihələri üzrə seminar keçirilmişdir.
İ.Abbasov bu layihələr çərçivəsində ali təhsil sahəsində əməkdaşlıq və tələbə mobilliyi proqramı haqqında ətraflı məlumat verilmişdir. Qeyd edək ki, proqramın əsas məqsədi Avropa və qonşu ölkələrdə ali təhsil keyfiyyətini yüksəltmək, universitetlər arasında əməkdaşlığın yaradılmasıdır.
2012-2016-cı illəri əhatə edən layihənin tərəfdaşları Almaniya, Polşa, İspaniya, Estoniya, İtaliya, Niderland, Fransa və Çexiya universitetləridir. Hədəf ölkələr Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadır. Ümumilikdə layihə üzrə 256 nəfər müəllim, bakalavr, magistr, fəlsəfə doktorunun mobillliyi nəzərdə tutulub.
Tədbirdə iştirak edən ATU-nun Beynəlxaq Əlaqələr şöbəsinin müdiri, dosent R.Qabulova Təqdim olunan layihələr çərçivəsində tibb və təbiət elmləri üzrə müəllim və tələbə mübadiləsinin də mümkünlüyünü vurğulamış, universitetimizin xarici dil bilən tələbələrini və əməkdaşalrını bu işdə fəal olmağa çağırmışdır. Dosent R.Qabulova çox yaxın gələcəkdə Azərbaycan Tibb Universitetinin də Erasmus Mundus proqramının layihələrinə bilavasitə qoşulacağını söyləmişdir.