Diqqət!
Aprelin 22-i saat 11:00-da Azərbaycan Tibb Universitetində seminar keçiriləcək.
Təşkil olunan seminarda dövlət programı iştirakçısı Kənan Hətəmli tərəfindən "Kapilyar elektroforez və çoxölçülü analiz vasitəsilə dupleks və antiparalel tripleks DNT strukturlarının mürəkkəb qarışıqlarının ayrılması" mövzusu haqqında çıxış təqdim olunacaq. Qeyd edək ki, Kənan Hətəmli Barselona Universitetində təhsil alır.
Seminar ATU Elmi Araşdırmalar Mərkəzinin akt zalında baş tutacaq