Diqqət! Təqaüd Proqramına elan

ATU tələbələrinin nəzərinə!

ATU-nun rəsmi tərəfdaşı olan Litva Sağlamlıq Elmləri Universiteti Litva Milli Təqaüd Proqramı çərçivəsində 2025-2026-cı tədris ilinin payız və yaxud yaz semestrlərində 1 semestrlik (maksimum) tədris üçün qəbul elan edir.

Namizədlərə qoyulan tələblər:

  • İngilis dili biliyini təsdiq edən beynəlxalq sertifikat.
  • Transkript.
  • Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır).

Proqramda iştirak etmək istəyən tələbələr “Dil sertifikatı” və “Transkript”i 1 faylda skan edərək pdf formatda 30.04.2025-ci il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international@amu.edu.az email ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər (mövzu yerində “Litva Milli Təqaüd Proqramı” yazılmalıdır).

Tövsiyə məktubu isə tələbə tərəfindən şəxsən Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.

Qeyd: 30.04.2025-ci il tarixindən sonra olunan müraciətlər qeydə alınmayacaq.

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi