Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimi, Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsində akademik fəaliyyət göstərib.
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Rəna Qafarova Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin Orhun mübadilə proqramı çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsində akademik fəaliyyət göstərib.
R.Qafarova tibb tələbələrinə dayaq-hərəkət aparatı və mərkəzi sinir sistemi üzrə mühazirələr və praktik dərslər keçib. Səfər çərçivəsində əməkdaşımız, həmçinin universitetin tədris fəaliyyəti ilə yaxından tanış olub.