Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının səyyar xidmətləri uğurla davam edir
Klinikanın əsas həkim heyəti və rezident həkimlərin iştirakı ilə stomatoloji xidmətlərin əlçatanlığını artırmaq və cəmiyyətin ağız-diş sağlamlığını qorumaq məqsədilə növbəti səyyar xidməti “UNEC – Azərbaycan Maliyyə-İqtisad Kolleci”ndə keçirilib. Səyyar xidmət zamanı 500-dən çox tələbə müayinə olunub. Əsas diqqət ağız boşluğunda kariyes, diş əyrilikləri, diş əti xəstəlikləri və digər ortodontik-anatomik problemlərin erkən mərhələdə aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınmaqla, vaxtında müdaxilə üçün ilkin tədbirlər görülüb. Bu yanaşma gələcəkdə daha ciddi stomatoloji problemlərin qarşısını almağı hədəfləyir.
Xatırladaq ki, səyyar xidmət yalnız tələbələrlə məhdudlaşmır. Layihə çərçivəsində növbəti səyyar xidmətin Bakı şəhəri üzrə müxtəlif ərazilərdə həyata keçirilməsi planlaşdırılıb.