Əməkdaşımız Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə oxuyub

Gender bərabərliyi və sağlamlıq problemləri, sağlamlığın qorunması, analıq məzuniyyəti və insan resursları həm qlobal miqyasda, həm də Azərbaycanda sosial siyasət istiqamətində mühüm aspektlərdəndir

Azərbaycanda gender bərabərliyi və sağlamlıq məsələləri dövlətin və vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir. Son illərdə bu sahədə hüquqi baza təkmilləşdirilir, qadınların və kişilərin bərabər hüquqlara malik olması, sağlamlığa bərabər çıxış imkanı və sosial rifahın təmin olunması istiqamətində müxtəlif proqram və təşəbbüslər həyata keçirilir.

Bu nöqteyi-nəzərdən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası “Gender siyasəti və Həmkarlar İttifaqları: əsas istiqamətlər, problemlər və dünya təcrübəsi” mövzusunda təlim təşkil edib. Təlimin proqramına uyğun olaraq aprelin 29-da “Gender bərabərliyi və səhiyyə: sağlamlığın mühafizəsi, analıq məzuniyyəti və kadr resursları” mövzusunda ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Fərəh Baxışlının mühazirəsi dinlənilib. Müxtəlif müəssisələrin Həmkarlar İttifaqlarının nümayəndələri üçün nəzərdə tutulan mühazirə dolğun və informativ, interaktiv formatda təqdim olunub. Məruzəni böyük maraqla qarşılayan dinləyicilər və təşkilatçılar bu kimi aktual problemlərin gələcəkdə də işiqlandırılmasının vacibliyini bildiriblər.