Universitetimizin əməkdaşı Günel Hacıyeva İstanbul Aydın Universiteti Diş həkimliyi fakültəsinin II beynəlxalq elmi konqresində məruzə ilə çıxış edib
Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşı olan G.Hacıyeva “Artırılmış reallıq. Ziqoma implantasiyasında planlama və naviqasiya” adlı elmi məruzəsini iştirakçıların diqqətinə çatdırıb. O, çıxışının sonunda auditoriyanın suallarını cavablandırıb.
Elmi konqresin məqsədi tibb təhsili üzrə mütəxəssislərin bilik və təcrübə mübadiləsini təşkil etmək, həm ölkəmizdə, həm də qardaş Türkiyədə tibb elminin inkişafına töhfə vermək olub. Belə tədbirlər universitetlər arasında daha sıx əlaqələrin qurulmasına, əməkdaşlıq imkanlarının artırılmasına zəmin yaradır.