ATU-nun tələbələrinin nəzərinə

Türkiyənin Hacettepe Universitetinin 2025-2026-cı tədris ilinin payız semestri üçün mübadilə proqramına

ELAN

Mübadilə proqramı üçün tələb oluna sənədlər:

  • Türk dili bölməsində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1 sertifikat
  • İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikat
  • Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)
  • Transkript
  • Pasportun və yaxud biometrik şəxsiyyət vəsiqəsinin surəti

Proqrama bütün fakültələrin bütün kurs tələbələri müraciət edə bilərlər.

Müraciət edən tələbə Türkiyə Respublikasının vətəndaşı olmamalıdır.

Mübadilə tələbələrindən təhsil haqqı tələb edilmir.

Tələbələrin səyahət, yaşayış və gündəlik xərcləri özləri tərəfindən qarşılamalıdır.

Mübadilə proqramına müraciət üçün son tarix: 27 may 2025-ci il.

Mübadilə proqramına müraciət etmək istəyən tələbələr tələb olunan sənədləri international@amu.edu.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Bütün sənədlərin skan edilərək yalnız bir PDF faylı şəklində göndərilməsi xahiş olunur.

 

Hörmətlə,

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi