Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nəzərinə!
Çin Xalq Respublikasında seminar
ELANI
05-25 iyun 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Guangzhou şəhərində "İnkişaf etməkdə olan ölkələr üçün ictimai səhiyyə sistemi" mövzusunda seminar keçiriləcəkdir. Seminarın dili ingilis dilidir.
İştirakçı şərtləri:
- Seminarın mövzusuna uyğun sahə üzrə mütəxəssis olmaq;
- Fakültə və kafedra/şöbə müdirlərinin yaşı 50-dən, digər əməkdaşların yaşı isə 45-dən yuxarı olmamalıdır;
- Yerli xəstəxanadan sağlamlıq arayışı təqdim olunmalıdır;
- İştirakçı ilə müşayiətçi qismində hər hansı bir şəxsin Çin Xalq Respublikasına getməsi qəti qadağandır.
Zəruri sənədlər:
- Vizit kartı, 4 ədəd pasport ölçülü fotoşəkil;
Maliyyələşdirmə:
Çin Xalq Respublikasının Ticarət Nazirliyi aşağıdakı xərcləri öz üzərinə götürür:
- Beynəlxalq aviabiletlər;
- Təlim müddətində yemək, yaşayış və nəqliyyat;
- Qəza sığortası;
- Gündəlik cib xərcləri;
- Təcili tibbi xərclər (xroniki xəstəliklər istisna olmaqla).
İştirakçılar tərəfindən ödəniləcək xərclər:
- Əlavə baqaj, bilet dəyişikliyi və şəxsi səbəblərlə əlaqədar xərclər;
- Çin tərəfindən təmin olunmayan şəxsi istehlak və xidmətlər;
- Vaxtından əvvəl getmə və ya şəxsi səbəblərlə gecikmə hallarında yaranacaq əlavə xərclər.
İştirakçıların kafedra müdiri tətəfindən ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmış tövsiyə məktubu ilə birlikdə ən qısa müddət ərzində ATU-nun Beynəlxalq əlaqələr şöbəsinə təqdim olunmalıdır.