ATU-da DAAD təqaüd proqramları məlumatlandırma görüşü keçiriləcək

Diqqət! 

19 may saat 16:00-da Azərbaycan Tibb Universitetində (ATU) Alman Akademik Mübadilə Xidməti — DAAD-ın təqaüd proqramlarına həsr olunmuş məlumat görüşü təşkil olunacaq.

Tədbirdə DAAD-ın Tbilisi regional ofisinin rəhbəri cənab G.Reul və regional koordinator S.Qarayeva iştirak edəcək. 

Görüşdə tələbələrlə  və elmi işçilərə Almaniyada təhsil və tədqiqat imkanları, həmçinin DAAD-ın təqdim etdiyi müxtəlif təqaüd proqramları barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və tədqiqatçıların beynəlxalq elmi əməkdaşlıq və akademik mübadilə imkanlarını dəstəkləyən nüfuzlu alman təşkilatıdır.