Azərbaycan Tibb Universiteti üzrə Doktoranturaya sənəd qəbulu

13.05.2025-ci il tarixindən 02.06.2025-ci il tarixinədək Azərbaycan Tibb Universiteti üzrə Doktoranturaya sənəd qəbulu http://www.portal.edu.az ilə aparılır.

Fəlsəfə doktorluğu üzrə Doktoranturaya müsabiqədə iştirak etmək üçün aşağıda qeyd edilən sənədlər təqdim edilməlidir.

-  Rektorun adına ərizə                                                    

-  Kadrların şəxsi qeydiyyat vərəqəsi

  • İş yerindən xasiyyətnamə
  • Tərcümeyi-hal                
  • 4 ədəd fotoşəkil (3/4)
  • Diplomun surəti (notarial təsdiqlənmiş)
  • İnternaturanı və ya rezidenturanı bitirməsi haqqında vəsiqənin surəti (notarial təsdiqlənmiş)

( xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Əmək kitabçasından çıxarış (notarial təsdiqlənmiş)
  • Çap olunmuş elmi işlərin siyahısı
  • Elmi rəhbərin razılıq məktubu
  • Kağız üçün qovluq

Yuklə: Azərbaycan Tibb Universiteti üzrə 2025-ci il üçün vаkаnt yerlər

Doktorantura və Dissertantura şöbəsi