Hörmətli həmkarımız, universitetimizin Elmi Departamenti müəllimlər üçün startap-mentorluğu üzrə təlim proqramı başladır. Əgər tələbələrə yalnız əla həkim olmaq deyil, həm də öz ideyalarını həyata keçirməyi öyrətmək istəyirsinizsə, bu sizin üçündür.
Proqramımız vasitəsilə siz:
Tibbdə startaplar və innovasiyalar dünyası ilə tanış olacaqsınız.
Tələbələrə ideyalarını real layihələrə çevirməyə kömək etməyi öyrənəcəksiniz.
Bacarıqlarınızı genişləndirəcək və startap ekosisteminin bir hissəsinə çevriləcəksiniz.
Sizi gözləyənlər:
Mühazirələr və praktiki məşğələlər.
Ekspertlər və həmkarlar dəstəyi.
Tələbələrə ilham vermək və özünüz yeni şeylər öyrənmək imkanı.
Startap uğur qazandıqda mentorluqdan əlavə qazanc imkanı.
Əgər maraqlanırsınızsa, zəhmət olmasa aceferova2@amu.edu.az ünvanına öz CV ləri may ayın 23 nə kimi göndərin və ya Dos. Ayət Cəfərova
AMU Startap Koordinatorunun +994503617085 nömrəsinə zəng edin.
Gəlin birlikdə təhsil və tibbi daha yaxşı edək!