ATU tələbələrinin nəzərinə!

Təqaüd proqramı

ELANI

İstanbul-Cerrahpaşa Universiteti 2025-2026-cı tədris ilinin bir və ya iki semestri üçün Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramını (TIES) elan edir.

Kimlər müraciət edə bilər?

  • - Bakalavriat, magistr və ya doktorantura proqramlarında təhsil alan tələbələr (magistr və doktorantura tələbələri hazırlıq və ya dissertasiya mərhələlərində olmamalıdırlar).
  • - Türk vətəndaşlığı və ya ikili vətəndaşlığı olmayan tələbələr.
  • - Daha əvvəl Türkiyə təqaüdü və ya digər dövlət tərəfindən maliyyələşdirilən təqaüdlərdən faydalanmayan tələbələr.

Qoyulan tələblər:

  • - Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə - prorektoruna ünvanlanmalıdır)
  • - Transkript
  • - Pasportun surəti
  • - Türk dili bölmələrində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1  sertifikatı
  • - İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikatı
  • - Sağlamlıq haqqında arayış (yeni olmalıdır)
  • - Təqaüd öhdəlik forması (Taahhütname)

Təqaüd nələri ödəyir?

  • - Aylıq təqaüd.
  • - Gediş-dönüş bileti.
  • - Yaşayış dəstəyi (əsasən dövlət yataqxanalarında (KYK) və ya YTB tərəfindən təsdiq edilmiş yerlərdə).

Təqaüdə müraciət etmək istəyən tələbələr tələb olunan sənədləri 28.05.2025-ci il tarixinədək ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin international@amu.edu.az  elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Xahiş olunur, bütün sənədlər yalnız bir pdf faylında göndərilsin.

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi