ATU tələbələri Ege Universitetində yay təcrübə proqramını uğurla başa vurublar

Azərbaycan Tibb Universitetinin 57 tələbəsi Türkiyənin Ege Universitetində təşkil olunan yay təcrübə proqramını uğurla başa vurublar

Proqram çərçivəsində tələbələr müxtəlif ixtisas istiqamətləri üzrə nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək, təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək və beynəlxalq mühitdə peşəkar inkişaflarına töhfə vermək imkanı əldə ediblər.

Təcrübə müddətində tələbələr tibbin müxtəlif sahələrində klinik fəaliyyətlə tanış olub, həmçinin elmi-tədqiqat işləri ilə bağlı biliklərini genişləndiriblər. Bu cür beynəlxalq əməkdaşlıq layihələri ATU tələbələrinin gələcək karyera yolunda mühüm əhəmiyyət daşıyır və onların qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Azərbaycan Tibb Universiteti tələbələrinin peşəkar inkişafına dəstək olan Ege Universitetinin rəhbərliyinə və müəllim heyətinə təşəkkürünü bildirir.