Tibb üzrə fəlsəfə doktoru proqramına qəbul imtahanı keçirilib

Azərbaycan Tibb Universitetində tibb üzrə fəlsəfə doktoru proqramı üzrə qəbul çərçivəsində fəlsəfə fənnindən imtahan keçirilib

 Elmi işlər üzrə prorektor, professor Məlahət Sultanova imtahanın gedişini izləyib.
Namizədlərin elmi bilik və fəlsəfi dünyagörüşünün qiymətləndirilməsi məqsədilə təşkil olunan imtahanda iştirakçılar öz biliklərini nümayiş etdiriblər. Nəticələrə əsasən, fəlsəfə imtahanından müvəffəqiyyətlə keçən namizədlər növbəti mərhələyə – ixtisas üzrə qəbul imtahanına buraxılacaqlar.
Qeyd edək ki, Doktorantura və dissertantura şöbəsinin əsas məqsədi yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini nəzərə almaqla, elmi-tədqiqat işlərinin aparılması istiqamətində doktorant və dissertantların peşəkar inkişafına dəstək olmaq, eləcə də gəncləri elmi fəaliyyətə daha geniş miqyasda cəlb etməkdir.