2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinə (ATU) rezidentura pilləsinə qəbul olan həkimlərlə görüş keçirilib
Tədbirdə çıxış edən Rezidentura və magistratura şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva qeyd edib ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər davam edir. O, həmçinin rezidentura təhsilinin qaydaları, məzmunu və təşkili haqqında ətraflı məlumat verib.
Görüşdə rezidentlərin müvafiq ixtisaslar üzrə kafedralara və klinik bazalara bölgüsü aparılıb.
Qeyd edək ki, bu il Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə ATU-ya 193 nəfər rezident qəbul olunub. Onların 70 faizi universiteti fərqlənmə diplomu ilə bitirib.