Əməkdaşımız beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Tibb Universitetinin Tibbi və bioloji fizika kafedrasının müəllimi, assistent Şəbnəm Hacıyeva Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Advanced Teaching Methodology and Skills Programme” adlı beynəlxalq təlim proqramında iştirak edib

Təlim SCL International College tərəfindən təşkil olunub.

Proqram çərçivəsində iştirakçılar müasir tədris metodikaları, tələbəyönümlü dərs planlaması, interaktiv öyrətmə strategiyaları və müəllim bacarıqlarının inkişafına dair intensiv sessiyalara qatılıblar. Həftəlik 15 saatdan ibarət olan təlim proqramını uğurla başa vuran Şəbnəm Hacıyeva sertifikata layiq görülüb. Rəsmi “Certificate of Completion” sənədi, proqramda iştirakın və uğurlu nəticələrin təsdiqidir.

Qeyd edək ki, bu kimi beynəlxalq təlimlər müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması ilə yanaşı, Azərbaycan təhsilinin dünya təcrübəsinə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.