ATU-nun II Müalicə-profilaktika fakültəsinin VI kurs, 220A -10b qrup tələbəsi Səbinə Həsənzadə yay tətili ərzində Amerikanın Florida ştatında yerləşən Mayo Clinic-in Transplantologiya departamentində elmi-tədqiqat proqramında iştirak edib
Bu tədqiqat proqramı çərçivəsində çoxsaylı tədqiqatlar üzərində çalışaraq, ABŞ-nin ən son tədqiqat metodları, yeni tibb texnolagiyaları ilə tanış olub. Eyni zamanda tədqiqatlarının nəticəsi olaraq Q1 kateqoriyalı PubMed indeksli jurnalda məqaləsi çap edilib.
S.Həsənzadə elmi-tədqiqat proqramı müddətində yalnız tədqiqat aparmaqla kifayətlənməyib, müxtəlif xəstələr üzərində müşahidələr apararaq onların klinikada olduqları müddətdə transplantasiyaya gedən yolun bütün mərhələlərini klinik olaraq təsvir edən təqdimat hazırlayıb. Həmin təqdimatı böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanıb.
Həmçinin Mayo Clinic-də keçirilən digər seminar və toplantılarda da iştirak edərək, dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş professor və alimlərdən tibbin perspektivlərini və ən son yeniliklərini öyrənib. Tələbəmiz iştirak etdiyi bütün seminar və konfranslarda universitetimizdən və ölkəmizdən qürurla danışıb.
S.Həsənzadə bu proqramda iştirak edə bilməsi üçün ona şərait yaradan universitetin rektoru, professor Gəray Gəraybəyli başda olmaqla, bütün professor-müəllim heyətinə, xüsusilə Elmi işlər üzrə prorektor Məlahət Sultanova, Tədris departamentinin rəhbəri Kamandar Yaqubov və fakültənin dekanı İsrail Məhərrəmbəyliyə öz təşəkkürünü bildirib.