Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə rezidentlər parodontologiya kurikulumu çərçivəsində “Dişlər və implantlar ətrafında rezektiv parodontal cərrahiyyə” mövzusunda master-klass keçirilib
Tədbir parodontoloq, tibb üzrə fəlsəfə doktoru Rüstəm Ağazadə tərəfindən aparılıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunan master-klass Haleon və VipDental şirkətlərinin təşkilati dəstəyi ilə baş tutub.
İştirakçılara nəzəri biliklərlə yanaşı, bioloji modellər üzərində tikiş texnikaları və rezektiv parodontal cərrahiyyənin əsas prinsipləri nümayiş etdirilib.
Belə tədbirlər rezidentlər üçün praktik bacarıqlarını inkişaf etdirmək, peşəkar təcrübələrini zənginləşdirmək və gələcək klinik fəaliyyətə hazırlıq baxımından böyük əhəmiyyət kəsb edir.