Azərbaycan Tibb Universitetində (ATU) magistratura pilləsində tədris olunan “Tədqiqat metodları” fənninin daha səmərəli təşkili və müasir yanaşmaların tətbiqi məqsədilə master-klass təşkil olunub
Tədbir Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi məcburi fənn blokuna daxil olan “Tədqiqat metodları” fənninin tədrisi çərçivəsində keçirilib. Master-klassa Psixiatriya kafedrasının professoru Fuad İsmaylov və Əczaçılıq kimyası kafedrasının dosenti Fuad Məmmədov rəhbərlik ediblər.
Mühazirələr zamanı tədqiqat metodologiyasının aktual məsələləri, elmi işlərin planlaşdırılması və aparılması prinsipləri geniş müzakirə olunub. Eyni zamanda, farmasiya və tibb sahəsində beynəlxalq praktikadan nümunələr təqdim edilib.
Master-klassda həm professor-müəllim heyəti, həm də magistrantlar fəal iştirak edərək suallar verib, fikir mübadiləsi aparıblar. Magistrantlar fənnin praktik tətbiqi imkanları və elmi işlərin keyfiyyətinin artırılması yolları barədə fikirlərini bölüşüblər.