ATU-nun professoru “Əmək” ordeni ilə təltif edilib

Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o bu ordenə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Rafiq Məmmədhəsənov uzun illər ATU-nun Elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. 3 çağırış ((III, IV, V) Milli Məclisin deputatı olub.