Bizi izləyin:
Heydər Əliyev
ATU-da Əczaçılıq fakültəsi tələbələrinin poster təqdimatları nümayiş olunub

ATU-da Əczaçılıq fakültəsi tələbələrinin poster təqdimatları nümayiş olunub

   Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin ənənəvi elmi konfransının ilk gününə start verilib.

ATU-nun 2 saylı tədris binasında fakültə üzrə tələbələrin poster təqdimatları nümayiş olunub. Eyni zamanda elmi tədbirdə Azərbaycan dili və İctimai fənlər kafedralarının şifahi təqdimatları baş tutub.

Qeyd edək ki, Tələbə Elmi Cəmiyyətinin ənənəvi elmi konfransı 30 aprel tarxilndə keçiriləcək. Konfransda “Elm. Tədqiqat. İnnovasiya.” şüarı altında Əczaçılıq fakültəsinin yeddi kafedrasından  66 elmi iş təqdim olunacaq, həmçinin şifahi təqdimatlar keçiriləcək.

    Konfransda münsif qismində Əczaçılıq fakültəsinin professor-müəllim heyəti üzvləri ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan-Fransa Universiteti, ADA və Xəzər Universitetlərinin nümayəndələrinin iştirakı planlaşdırılıb.

    Bu konfrans tələbələrin elmi potensialının nümayişi, yeni ideyaların paylaşılması və akademik əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformadır.

 

Paylaş

Dostlarınız ilə paylaşın.