Azərbaycan Tibb Universitetinin beynəlxalq komandası — “Research Without Borders” (Tədqiqat Sərhədsiz) — “Bickerstaff Encephalitis in a Pediatric Patient” adlı elmi işi ilə dünyanın aparıcı uşaq nevrologiyası təşkilatlarından biri olan Child Neurology Society (CNS) tərəfindən keçirilən 54-cü CNS Annual Meeting adlı beynəlxalq konfransda iştirak edib.
Tədbir ABŞ-ın Şimali Karolina ştatında baş tutub. Konfransda təqdim olunan case report xəstəliyin erkən mərhələdə diaqnostikası və müalicəsində yeni, daha sürətli və az xərcli yanaşmanın tətbiqini əhatə edir.
Layihə üzərində Azərbaycan Tibb Universitetinin professoru Məlahət Sultan, eləcə də beynəlxalq tələbələr — Meysam Ghanbari Saray (İran, IV kurs), Minhaalu Hassan Ali (Maldiv adaları, III kurs), Nicolle Gonzalez (Kolumbiya, III kurs) və Saif Mahran (Misir, III kurs) — birgə çalışıblar.
Tədqiqatın həm elmi yeniliyi, həm də praktik tibbdə tətbiq imkanları konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Məlumata görə, bu elmi işin yaxın zamanda yüksək impact factor-lu beynəlxalq elmi jurnalda dərc edilməsi planlaşdırılır.