ATU-nun elmimetrik göstəricilərinə dair vəsait hazırlanıb

Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamenti 2024-cü il üzrə ATU-nun elmimetrik göstəricilərinə dair vəsait hazırlayıb

 Nəşrdə 2024-cü ildə kafedralardan Departamentə təqdim olunan elmi hesabatlar əsasında infoqrafik məlumatlar dərc olunub və universitetimizin beynəlxalq reytinqlərdə yer almasına xidmət edən elmi göstəricilərə xüsusi önəm verilib.

Bu məlumatların hazırlanmasında Web of Science və Scopus məlumat bazalarından istifadə edilib. Kitabda universitetin ayrı-ayrı kafedralarının elmi fəaliyyətinin qiymətləndirilməsi aparılıb və əldə olunan nəticələr ümumilikdə universitetin elmi potensialını və fəaliyyətini əks etdirib. Hazırlanmış infoqrafik hesabat Azərbaycan Tibb Universitetinin elmi fəaliyyətinin şəffaflığını təmin etmək, elmi göstəriciləri beynəlxalq standartlara uyğun izləmək və gələcək tədqiqat istiqamətlərinin planlaşdırılmasına dəstək vermək məqsədi daşıyır.