ATU-da İtaliyalı professorun iştirakı ilə elmi seminarlar keçirilib

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əczaçılıq və bioloji təbabət sahəsində əhəmiyyətli elmi tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən Elmi işlər üzrə prorektoru professor Məlahət Sultan, iştirakçıları salamlayaraq bu cür beynəlxalq seminarların Azərbaycan Tibb Universitetində tədrisin və tədqiqat fəaliyyətinin inkişafına verdiyi töhfəni vrğulayıb. O, belə elmi əməkdaşlıqların tələbələrin bilik və bacarıqlarının artırılması, yeni farmakoloji yanaşmalarla tanış olmaları baxımından olduqca faydalı olduğunu qeyd edib.

Tədbirdə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Vəsadət Əzizov, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri dosent Məhbubə Vəliyeva, Əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətli eləcə də fakültə müəllimləri, tələbələr və tibb ictimaiyyəti iştirak edib.

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin, "Bioloji təbabət" klinikasının və Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının təşkilatçılığı ilə baş tutan seminarlarda İtaliyanın tanınmış GUNA Pharmaceuticals şirkətinin Elmi Şöbəsinin direktoru, professor Alessandro Perra (Milan, İtaliya) iştirak edib.

Tədbirdə iki əsas mövzu üzrə  "Kiçikdozalı preparatların farmakologiyası" və "Kiçikdozalı sitokinlərin kliniki praktikada istifadəsi" məruzələr təqdim olunub

Professor Alessandro Perra öz çıxışlarında kiçikdozalı preparatların farmakoloji təsir mexanizmləri, onların kliniki tətbiq imkanları və bu sahədə aparılan son tədqiqat nəticələri barədə ətraflı məlumat verib. Seminarlarda iştirakçılar tərəfindən aktiv müzakirələr aparılıb, mövzu ətrafında sual-cavab sessiyası təşkil olunub.

Bu tip beynəlxalq elmi tədbirlər Azərbaycan Tibb Universitetində tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin və gənc tədqiqatçıların peşəkar inkişafı və yeni elmi biliklərin paylaşılması baxımından xüsusi önəm daşıyır.

Qeyd edək ki, Milanın Alessandro Perra GUNA Pharmaceuticals şirkətinin Elmi direktorudur. 1992-ci ildən tibb təhsili aldıqdan sonra burada işləməyə başlamışdır. “Homeopatiyanın səmərəsinin elmi sübutları" layihəsinin Beynəlxalq Komitəsinin üzvüdür. Bir neçə ixtisaslaşmış jurnallarda dərc olunan Homeopatiya, Homotoksikolgiya və Fizioloji Tənzimləmə Təbəbabəti üzrə 100-dən çox elmi məqalənin müəllifidir.