Faciə qurbanlarının xatirəsi qardaş Türkiyədə anıldı
Faciə qurbanlarının xatirəsi qardaş Türkiyədə anıldı
XX əsrin qanlı faciəsi - Xocalı soyqırımı! İnsanlığa qarşı yönəldilmiş ən qəddar qətliam! 1992 - ci il fervalın 25 - dən 26 - na kecən dəhşətli gecədən 21 il ötür. Həmin gün Xocalı şəhəri yer üzundən silinmiş, əliyalın, müdafiəsiz, dinc əhali kütləvi şəkildə soyqırımına məruz qalmışdır. Bu amansız faciəni törədənlər, onların adı, yeri məlumdur, qırğına məruz qalanların sayı isə ölçuyə, hesaba gələn deyil.
Nəticədə 613 dinc sakin öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 nəfər əsir götürülərək olmazın zülm, işgəncə və təhqirlərə məruz qalmış, 150 nəfər itkin düşmüş, onların taleyi barədə hələ də məlumat yoxdur. Öldürülənlərdən 106 nəfəri qadın, 63 - ü uşaq, 70 - i qocalar olub. 8 ailə bütövlükdə məhv edilib, ölülərin cənazəsi təhqir edilib, kiminin başı kəsilib, kiminin dərisi soyulub... Daha nələr, nələr! Sadalamaqla başa gələn deyil. Tanınmış şair, publisist Eldar İsmayıl demişkən: