Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsində “Tibbi turizm və onun iqtisadiyyatda rolu” mövzusunda görüş təşkil olunub
Tədbir fakültənin “Capacity Building” klubunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Görüşün qonağı, Yeni Klinikanın TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad tələbələrlə tibbi turizmin müasir çağırışları, inkişaf istiqamətləri və bu sahənin ölkə iqtisadiyyatına təsiri barədə geniş fikir mübadiləsi aparıb.
Mühazirə zamanı qonaq həmçinin tibbi turizmin beynəlxalq təcrübələrinə toxunaraq, bu istiqamətdə gənc mütəxəssislərin rolu və qarşıda duran perspektivlər barədə dəyərli məlumatlar verib.
Tələbələrin fəal iştirakı ilə interaktiv şəkildə keçən görüş müzakirə və bilik mübadiləsi baxımından faydalı olub. Tədbir iştirakçılara həm nəzəri biliklərini möhkəmləndirmək, həm də praktiki baxımdan yeni yanaşmalar qazanmaq imkanı yaradıb.
Sonda fakültə rəhbərliyi adından tələbələrin inkişafına dəstək göstərdiyinə görə Tural Xaspolada və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür bildirilib.