Azərbaycan uşaq nevroloqları Daşkənddə beynəlxalq konqresdə təmsil olunub

22-24 oktyabr tarixlərində Daşkənd şəhərində “STEP BY STEP ALONG THE SILK ROAD: müasir menecment, perspektivlər və multidissiplinar əməkdaşlıq” - I Mərkəzi Asiya Beynəlxalq Nevromuskulyar Xəstəliklər Konqresi keçirilib

Konqresdə Azərbaycandan da mütəxəssislər iştirak edib.

Universitetimizin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli tədbirin moderatoru kimi elmi sessiyalara rəhbərlik edib və xarici mütəxəssislərlə sinir-əzələ xəstəliklərinin müasir menecmenti və perspektivləri mövzusunda müzakirələr aparıb. Kafedranın assistenti Mədinə Tağıyevanın “Düşən əzələ distrofiyası olan xəstələrdə steroid terapiyası protokolu”, Uşaq Nevrologiya Xəstəxanasının baş həkimi İlahə Hacıyevanın isə “SMA-ya sistemli yanaşma: registrin yaradılması, diaqnostikanın təkmilləşdirilməsi və terapiyaya çıxış - Azərbaycan təcrübəsi” mövzularında təqdimatları iştirakçıların marağına səbəb olub.

Təqdimatlar müxtəlif ölkələrdən olan iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan uşaq nevrologiyasının elmi və klinik təcrübəsinin yüksək səviyyəsini nümayiş etdirib.