Odlu silah yaralanmaları: “Zəfərə gedən yolda həkimin mübarizəsi” adlı elmi-praktik konfrans

Azərbaycan Tibb Universitetində  Odlu silah yaralanmaları: “Zəfərə gedən yolda həkimin mübarizəsi” adlı elmi-praktik konfrans keçiriləcəkdir!

Konfrans ölkəmizin 5 illik Zəfər yubileyinə həsr olunub və konfransın məqsədi odlu silah yaralanmaları zamanı həkimlərin multidissiplinar yanaşmasını gücləndirmək; ilkin tibbi yardım və ixtisaslaşmış cərrahi müdaxilə üzrə müasir protokolları müzakirə etmək; real döyüş şəraitində qazanılmış təcrübələrin paylaşılmasını təmin etməkdir. Tədbir travma, reanimasiya, ortopediya, neyrocərrahiyyə, ümumi cərrahiyyə, plastik və rekonstruktiv cərrahiyyə sahələrində çalışan tibb mütəxəssisləri üçün praktiki bilik və bacarıqların artırılmasına yönəlib.

  • Konfrans Səhiyyə Nazirliyi tərəfindən 5 DTT balı ilə akkreditasiya olunmuşdur

📅 Tarix: 7 noyabr 2025
📍 Məkan: Azərbaycan Tibb Universiteti

📞 Əlaqə və qeydiyyat:
📱 +99455 887 26 29
📱 +99499 777 26 29

 

Proqram: Elmi-praktik konfrans

💫 Tibb sahəsinin peşəkarlarını bu möhtəşəm elmi tədbirdə iştirak etməyə dəvət edirik!

#ATU #ZəfərəGedənYolda #ElmiKonfrans #AzərbaycanTibbUniversiteti #HərbiTibb #TibbElmVəTəcrübə