

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Xarici dillər kafedrasının müəllimi Jalə Alcanova beynəlxalq səviyyəli kursda iştirak edib.
O, Arizona Dövlət Universiteti tərəfindən təşkil olunmuş nüfuzlu TESOL ixtisaslaşma kursunu uğurla başa vurub, ona müvafiq sertifikat verilib.
Kursla bağlı təəssüratlarını bölüşən J.Alcanova bildirib ki, TESOL kursu onun pedaqoji fəaliyyəti üçün böyük bir töhfədir: “TESOL beynəlxalq qüvvəyə malik sənəddir və dil biliklərinin ən yüksək səviyyədə olmasının təsdiqidir. Mənə dəstək olan həmkarlarıma və dostlarıma təşəkkür edirəm”.
