Bizi izləyin:
Heydər Əliyev
İkinci təhsil alan tələbələrin davamiyyəti və tədris prosesi müzakirə olunub

İkinci təhsil alan tələbələrin davamiyyəti və tədris prosesi müzakirə olunub

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində ikinci təhsil alan tələbələrin davamiyyəti və tədris prosesi ilə bağlı görüş keçirilib

 Görüşdə fakültə dekanı Elmira Əliyeva və dekan müavini Aysel Həşimova tələbələrə mövcud qaydalar haqqında məlumat veriblər.

Dekan bildirib ki, ikinci təhsil statusu tələbələrə dərs buraxılışı ilə bağlı heç bir güzəşt tanımır. O vurğulayıb ki, tələbələr dərslərə mütləq şəkildə vaxtında gəlməli, iş və digər şəxsi səbəbləri dərs buraxmaq üçün əsas kimi göstərməməlidirlər. Qeyd edilib ki, davamiyyətlə bağlı problemlər müəllimlər tərəfindən dəfələrlə dekanlığa çatdırılıb. Bu səbəbdən fakültə rəhbərliyi qrup nümayəndələrinin daha məsuliyyətli olmasını və davamiyyət jurnallarının düzgün aparılmasını tələb edib.

A.Həşimova isə qeyd edib ki, fakültə rəhbərliyi və müəllimlərin tələbələrə dərs buraxmaq üçün icazə vermək səlahiyyəti yoxdur. Tələbələr yalnız qaydalarda nəzərdə tutulan davamiyyət limiti - dərs saatlarının 20 faizi çərçivəsində buraxılış edə bilərlər. Sağlamlıq arayışları dərs buraxılışını üzrlü saymaq üçün qəbul edilmir və yalnız mövcud limitdən istifadə olunur. Yalnız ciddi və təsdiqlənmiş hallar zamanı imtahan vaxtının dəyişdirilməsi mümkündür.

Müavin, həmçinin ödəniş qaydalarını xatırladaraq qeyd edib ki, birinci semestr üzrə ödəniş 15 oktyabra, ikinci semestr üzrə isə 15 martadək həyata keçirilməlidir. Təhsil kreditinə müraciət edən tələbələrə isə prosesə vaxtında başlamağı tövsiyə edib ki, semestr müddətində hər hansı problem yaranmasın.

Tədbirdə 5-ci kursun ikinci semestrinə dair suallar da cavablandırılıb. Məlumat verilib ki, tələbələr klinikalarla bağlanacaq müqavilələr əsasında praktika keçəcəklər.

Görüşdə akademik məsləhətçilər də iştirak ediblər.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.