Bizi izləyin:
Heydər Əliyev
Əsaslı Kitabxanada Ulu Öndərin anım günü qeyd olunub

Əsaslı Kitabxanada Ulu Öndərin anım günü qeyd olunub

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib. Tədbirdə çıxış edən kitabxananın direktoru, tibb tarixi üzrə fəlsəfə doktoru Ziyafət Eminova bildirib ki, bu gün xalqımız Ümummilli Liderin əziz xatirəsini böyük hörmət və minnətdarlıqla yad edir.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək sabitlik və inkişaf yoluna çıxarıb: “Bugünkü müasir, müstəqil və inkişaf etmiş Azərbaycanın siyasi, iqtisadi və sosial əsasları məhz Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsidir”.

Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik tariximizdəki müstəsna rolu və ölkəmizin gələcəyi olan gənclərə örnək fəaliyyəti ətraflı şəkildə diqqətə çatdırılıb. Tədbirdə H.Əliyevin müstəqil dövlətçiliyimizi möhkəmləndirmək yolunda üzləşdiyi çətinliklər, atdığı tarixi addımlar və söylədiyi dəyərli fikirlər ehtiramla xatırlanıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.