Bizi izləyin:
Heydər Əliyev
Ağciyər xəstəlikləri kafedrasının əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

Ağciyər xəstəlikləri kafedrasının əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

Ağciyər xəstəlikləri kafedrasının əməkdaşları – kafedra müdiri Rafiq Bayramov, kafedranın dosenti Ceyhun İsmayılzadə və assistent Təbib İbrahimov 25-28 mart tarixlərində Türkiyədə keçirilən beynəlxalq pulmonoloji konqresdə iştirak ediblər.

Konqres Türkiyənin Ağciyər xəstəlikləri və İntensiv terapiya dərnəyinin (ASYOD –Ağciyər sağlığı və yoğun bakım dərnəyi) təşkilatçılığı ilə keçirilib. 1000-dən çox iştirakçının olduğu konqresə təkcə Türkiyədən deyil, bir sıra ölkələrdən də məruzəçi və iştirakçılar qatılıb.

Konqresə dəvət olunmuş beynəlxalq məruzəçilər arasında Amerika Birləşmiş Ştatları, İtaliya, Avstraliya, İngiltərə, Almaniya, Belçika ilə yanaşı, Azərbaycanın da adının olması çox sevindiricidir. Konqresin “Vərəmin idarə olunmasında mövcud yol xəritəsi” adlı sessiyasına sədrlik edən Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov, eyni zamanda “Ağciyərlərin xronik obstruktiv xəstəliyi” bölməsində məruzə ilə çıxış edib.

Müxtəlif bronx-ağciyər patologiyalarının diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalara aid məruzə və müzakirələrə geniş yer verilmiş konqresdə kafedranın dosenti C.İsmayılzadə və assistent T.İbrahimov da həm məruzə, həm də e-poster şəklində çıxış ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.