Bizi izləyin:
Heydər Əliyev
ATU-nun dosenti COST Assosiasiyasına xarici ekspert seçilib

ATU-nun dosenti COST Assosiasiyasına xarici ekspert seçilib

Gürcüstanın Tbilisi şəhərində NeuroGeorgia 2025 Beynəlxalq Neyroelm Konfransı keçirilib.Konfransda Azərbaycan Tibb Universitetini (ATU) Sitologiya, Embriologiya və Histologiya kafedrasının dosenti Günel Əyyubova təmsil edərək, məruzə ilə çıxış edib. G.Əyyubova çıxışında müasir neyroelm sahəsində aparılan aktual tədqiqat nəticələrini təqdim edib. Konfrans çərçivəsində müxtəlif ölkələrdən gəlmiş tanınmış nevrologiya alimləri ilə elmi müzakirələr aparılıb və yeni beynəlxalq əməkdaşlıq imkanları yaradılıb.

Onu da qeyd edək ki, Günel Əyyubova Open Call OC-2025-1 müsabiqəsi üzrə COST Assosiasiyası (European Cooperation in Science and Technology) tərəfindən xarici ekspert kimi seçilib. COST Assosiasiyası Horizon Europe proqramı çərçivəsində maliyyələşdirilən Avropa elmi əməkdaşlıq platformasıdır və Avropa səviyyəsində tədqiqatçıların beynəlxalq şəbəkələşməsini, bilik və təcrübə mübadiləsini, eləcə də multidissiplinar elmi təşəbbüslərin inkişafını dəstəkləyir. Hazırda Günel Əyyubova iki COST Action çərçivəsində işçi qrupunun (Working Group) üzvü kimi elmi fəaliyyətini davam etdirir.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.