

Azərbaycan Tibb Universitetinin (ATU) III daxili xəstəliklər kafedrasında 6-cı kurs tələbələri üçün ilk dəfə olaraq “Clinical case” formatında imtahan keçirilib. Yeni imtahan modeli tələbələrin nəzəri biliklərlə yanaşı, klinik düşünmə, diaqnostik yanaşma və qərarvermə bacarıqlarının qiymətləndirilməsini hədəfləyib.
İmtahan ATU-nun Tədris Terapevtik Klinikasında revmatologiya və qastroenterologiya ixtisasları üzrə təşkil olunub.
Yeni formatın tətbiqi tibb təhsilində müasir beynəlxalq standartlara uyğunlaşma, praktiki biliklərin gücləndirilməsi və gələcək həkimlərin peşəkar hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyır. Kafedra rəhbərliyi və müəllim heyəti bu cür imtahan modelinin tələbələrin klinik hazırlığına müsbət təsir göstərəcəyini vurğulayıb.
