

20 Yanvar faciəsindən 36 il ötməsi ilə əlaqədar Azərbaycan Tibb Universitetinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Ziyarətdə universitetin rektoru Gəray Gəraybəyli, prorektorlar və rəhbər heyət iştirak ediblər.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.
