

Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasında rezidentlərin iştirakı ilə seminar təşkil edilib
Tədbir çərçivəsində III kurs rezidenti Səbina Rüstəmli “Dişlərin preparasiyası və müvəqqəti qapaqların bioloji inteqrasiyası”, III kurs rezidenti Mahir Buludov isə “Ortopedik müalicədə parodontoloji müdaxilələr” mövzularında məruzələrlə çıxış ediblər. Rezidentlər təqdimatlarını həm şəxsi klinik təcrübələrinə, həm də dünyaca məşhur ortoped həkim Dr. Mauro Fradeaninin elmi tədqiqatlarına əsaslanaraq hazırlayıblar.
Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, seminar isə geniş müzakirə formatında davam edib.
