
.jpeg)
27 yanvar 2026-cı il tarixində Azərbaycan Tibb Universitetində “İnklüziv təhsil” mövzusunda seminar uğurla təşkil olunub
Seminar Qazaxıstanın Semey Tibb Universitetinin müəllimləri Kadirzisova Şınar Bolatbekovna və Kakimova Zülfiya Amanbekovna tərəfindən aparılıb. Tədbir çərçivəsində inklüziv təhsilin əsas prinsipləri, ali təhsil müəssisələrində tətbiq imkanları, həmçinin bu sahədə beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr və sual-cavab formatında keçən seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı təhsil prosesində inklüziv yanaşmaların əhəmiyyəti vurğulanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
