.jpg)
24-25 aprel 2026-cı il tarixlərində Baku Marriott Boulevard otel kongress zalında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, TƏBİB, İFSO (International Federation for the Surgery and Other Therapies for Obesity) və EASO (European Association for the Study of Obesity) - nun dəstəyi, Azərbaycan Metobalik və Bariatrik Cərrahlar Assosiasiyasının təşkilatçılığı, həmçinin TOSS (Türk Bariatric Cərrahlar Dərnəyi) , TCD (Türk Cərrahi Dərnəyi) dərnəklərinin və “MODERN Hospital” klinikasının birlikdə həmtəşkilatçılığı ilə keçiriləcək.
🔹 7- ci Beynəlxalq Bariatrik- Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqres - inin tərkibində
🔹3- cü Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik Cərrahiyyə konfransı
🔹5- ci Türk Dilli xalqların Bariatrik Cərrahiyyə"konfransı təqdim ediləcək.
Konqress İFSO-International Federation for the Surgery of Obesity and Metabolic Disorder tərəfindən rəsmi olaraq tanınır və təsdiq olunaraq akreditasiya olunur ( https://ifso.com/ifso-endorsed-meetings/).
Tədbirdə aşağıda qeyd olunan Elmi panellər təşkil olunmaqla Piylənmə xəstəliyinin multidissiplinar müalicəsi müzakirə ediləcəkdir.
✨Bariatrik-Metabolik cərrahiyyə (ABMCA, TOSS, İFSO, TCD)
✨Piylənməli xəstələrdə mini-invaziv və ümumi cərrahiyyə (ABMCA,TCD, AELCA).
✨ Kardiologiya (AKC)
✨ Reanimasiya - anesteziologiya (AzRAC)
✨ Endokrinologiya (EDTTA, AEC)
✨ Dietologiya-Nutrisiologiya (ANDOP, MBCDD)
✨ Hepatologiya- Qastroenterologiya (AQİEC, AQHİB)
Konqresdə panellərdə qeyd olunmuş ixtisaslar üzrə həkimlər iştirak edə bilər.
Qeyd: Konqresdə 8 beynəlxalq və 9 milli dərnək rəsmiləri təmsil olunacaqdır.