
Azərbaycan Tibb Universitetində (ATU) magistratura təhsil səviyyəsi üzrə 2025/2026-cı tədris ilinin payız semestrinə aid qış imtahan sessiyası təşkil olunaraq mütəşəkkil şəkildə həyata keçirilib
Sessiya çərçivəsində 20 ixtisaslaşma üzrə 16 kafedrada ümumilikdə 157 imtahan keçirilib.
Payız semestrində I kurs magistrantları üçün 5 fənn üzrə tədris aparılıb. Tədris olunan fənlərin böyük əksəriyyəti üzrə imtahanlar baza kafedralarda canlı formatda, bilet əsasında təşkil edilib. Yalnız “Akademik yazı və etika” fənnindən imtahanlar imtahan mərkəzində test üsulu ilə keçirilib.
Sessiya müddətində ümumilikdə 187 nəfər magistrant imtahanlarda iştirak edib. 6 nəfər üzrsüz, 3 nəfər isə üzürlü səbəbdən imtahanlarda iştirak etməyib. İmtahanlara üzrlü və ya üzrsüz səbəbdən qatılmayan magistrantlar üçün fevral ayının ilk həftəsində təkrar imtahanların təşkili təmin olunub.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində qış imtahan sessiyası mövcud normativ tələblərə uyğun şəkildə, şəffaflığın və obyektivliyin qorunması prinsipləri əsasında həyata keçirilib. İmtahanların təşkili və keçirilməsi tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, magistrantların bilik və bacarıqlarının qiymətləndirilməsinin etibarlılığının artırılmasına xidmət edir.