Bizi izləyin:
Heydər Əliyev
ATU-nun müəllimi İndoneziyanın nüfuzlu universitetində mühazirə oxuyub

ATU-nun müəllimi İndoneziyanın nüfuzlu universitetində mühazirə oxuyub

Azərbaycan Tibb Universitetinin (ATU) I Mamalıq və ginekologiya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Aynur Rzayeva İndoneziyanın aparıcı ali təhsil müəssisələrindən olan Universitas Indonesia universitetində mühazirə ilə çıxış edib.

Dünyanın nüfuzlu universitetləri sırasında yer alan və beynəlxalq reytinqdə top-189 mövqedə qərarlaşan Universitas Indonesia-da keçirilən mühazirə “Hiperprolaktinemiya və menstrual pozulmalar” mövzusuna həsr olunub.

Mühazirədə Universitas Indonesia-nın Mamalıq və ginekologiya kafedrasının müəllimləri, rezidentləri, həmçinin Sonsuzluq və Endokrinologiya şöbəsinin həkimləri iştirak ediblər.

Qeyd edək ki, ATU əməkdaşlarının beynəlxalq elmi-tədris mühitində aktiv iştirakı universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə və təcrübə mübadiləsinin güclənməsinə xidmət edir.

Paylaş

Dostlarınız ilə paylaşın.