Bizi izləyin:
Heydər Əliyev
ATU tələbələri Türkiyənin aparıcı universitetlərində mübadilə proqramını uğurla başa vurublar

ATU tələbələri Türkiyənin aparıcı universitetlərində mübadilə proqramını uğurla başa vurublar

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Türkiyə Bursları proqramı çərçivəsində Türkiyənin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil alıblar.

Universitetin II Müalicə-profilaktika fakültəsinin tələbələri Mehriban Orucova, Şəms Yusifli və Zeynəb Axundzadə 2025–2026-cı tədris ilinin payız semestrində İstanbul-Cərrahpaşa Universitetində mübadilə proqramı üzrə təhsil alıblar.

Eyni zamanda, Əczaçılıq fakültəsinin tələbəsi Emili Qasımova və İctimai Səhiyyə fakültəsinin tələbəsi Yusif Əliyev Türkiyə Bursları təqaüd proqramı çərçivəsində Hacettepe Universitetində təhsillərini davam etdiriblər.

 

Tələbələr bir semestr ərzində dərs prosesində yüksək akademik göstəricilər nümayiş etdirərək təhsillərini yüksək nəticələrlə başa vurublar. Qazanılan uğur həm onların fərdi nailiyyəti, həm də Azərbaycan Tibb Universitetinin beynəlxalq təhsil mühitində layiqincə təmsil olunmasının bariz göstəricisidir.

Paylaş

Dostlarınız ilə paylaşın.