
.jpeg)
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu və səfirliyin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali təhsil ocağında son illərdə həyata keçirilən yeniliklər, tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətində görülən işlər və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə ətraflı məlumat verib.
Səfir Müctəba Dəmirçilu ATU-da təhsil alan iranlı tələbələrin məmnunluğunu və təşəkkürlərini çatdırıb, onların təhsil və sosial məsələlərlə bağlı bəzi arzu və təkliflərini diqqətə təqdim edib. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə İranın Azərbaycandakı konsulu Yusefəli Veysi, səfirliyin birinci katibi Elham Xəlili, ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və Əcnəbi təhsilalanlarla iş üzrə dekan, dosent Natiq Bayramov iştirak ediblər.
Sonda tərəflər qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və tələbə mübadiləsi istiqamətində əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.
