Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları beynəlxalq ortodontik təlimdə iştirak ediblər

ATU əməkdaşları beynəlxalq ortodontik təlimdə iştirak ediblər

Ortodontiya kafedrasının müdiri, professor Ramidə Şadlinskaya, kafedranın əməkdaşları və rezidentləri Bakı şəhərində keçirilən “EVOLVE: Redefining Orthodontic Aesthetics” adlı beynəlxalq təlimdə fəal iştirak ediblər.

Təlim çərçivəsində diş-çənə anomaliyalarının müalicəsinin planlaşdırılması, üz estetikasının qiymətləndirilməsi, eləcə də müasir biomekanikanın praktik tətbiqi kimi aktual mövzular geniş müzakirə olunub.

Tədbirin əsas məruzəçiləri dünyaca tanınmış ortodontlar doktor İlies Tibaoui və doktor Wassim Bouzid olub. Məruzəçilər klinik nümunələr əsasında yumşaq toxuma estetikasının qorunması, funksional və estetik nəticələrin harmoniyasının təmin edilməsi, həmçinin az invaziv müalicə yanaşmaları barədə praktik yönümlü təqdimatlar ediblər.

Kafedra əməkdaşlarının geniş tərkibdə komanda şəklində iştirakı və rezidentlərin prosesə aktiv cəlb olunması onların nəzəri biliklərinin möhkəmləndirilməsinə, həmçinin gündəlik klinik praktikada tətbiq oluna biləcək müasir diaqnostik və müalicə yanaşmalarının mənimsənilməsinə töhfə verəcək.

Paylaş

Dostlarınız ilə paylaşın.