Bizi izləyin:
Heydər Əliyev
ATU-da Pediatriya üzrə Beynəlxalq Konqres keçiriləcək

ATU-da Pediatriya üzrə Beynəlxalq Konqres keçiriləcək

27–28 fevral 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, TƏBİB və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: HİBRİD DÜNYADA UŞAQ OLMAQ” adlı pediatriya alimlərinin yubileylərinə həsr olunmuş beynəlxalq konqres keçiriləcəkdir.

Konqresin məqsədi pediatriya sahəsində formalaşmış elmi irsin qorunması, müasir innovativ yanaşmaların müzakirəsi və hibrid dünyada uşaqların sağlamlıq problemlərinə dair aktual məsələlərin elmi platformada təqdim olunmasıdır. Tədbirdə yerli və xarici mütəxəssislər, alimlər və gənc tədqiqatçılar iştirak edəcəklər.

Tarix: 27–28 fevral 2026
Qeydiyyat: https://kursevi.az/general-detail/conferences/92

Əlaqə nömrəsi: 050 243 86 71

Konqresdə iştirak etmək istəyənlər qeydiyyatdan keçərək ətraflı məlumat əldə edə bilərlər.

Paylaş

Dostlarınız ilə paylaşın.