Bizi izləyin:
Heydər Əliyev
Hərbi Tibb Fakültəsində rezidentlərin məzun mərasimi keçirilib

Hərbi Tibb Fakültəsində rezidentlərin məzun mərasimi keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) nəzdində fəaliyyət göstərən Hərbi Tibb Fakültəsinin Rezidentura və Təkmilləşdirmə şöbəsinin 13-cü buraxılış məzunlarına həsr olunmuş təntənəli mərasim keçirilib

 Tədbir fakültənin tədris binasında yerləşən şəhid tibb xidməti baş leytenantı Aqşin Ənvərli adına mühazirə zalında təşkil olunub.

Mərasim Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayevin açılış nitqi ilə başlayıb. O, rezidentura təhsilini uğurla başa vuran həkimlərin Silahlı Qüvvələr üçün yüksək ixtisaslı tibbi kadrlar kimi formalaşmasının dövlət və ordu üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, professor, general-mayor Arif Həsənov, ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini Çingiz Əlləzov çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmət fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda bildirilib ki, ixtisaslı hərbi həkim kadrlarının hazırlanması müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir və rezidentura mərhələsi bu prosesin əsas və həlledici hissəsidir. Qeyd olunub ki, hərbi tibb sahəsində peşəkar kadr potensialının gücləndirilməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasında və şəxsi heyətin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Tədbirin sonunda rezidentura təhsilini başa vuran həkim mütəxəssislərin növbəti xidmət yerləri elan edilib. Məzunlara döş nişanı və plaket təqdim olunaraq onların hərbi-həkim kimi yeni xidmət mərhələsinə qədəm qoymaları münasibətilə təbriklər çatdırılıb.

Beləliklə, Hərbi Tibb Fakültəsinin 13-cü buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin hərbi səhiyyə sisteminə yeni, peşəkar və məsuliyyətli həkim heyəti qazandırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.