Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində yeni semestrin başlanması münasibətilə tələbələrlə görüş təşkil olunub
Görüşü giriş sözü ilə açan fakültənin dekanı, dosent Elmira Əliyeva tələbələri yeni semestr münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Stomatoloji Kinikanın nəzdində fəaliyyət göstərən Tədris mərkəzinə yeni avadanlıqların gətirildiyini diqqətə çatdıraraq bunun tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Dekan çıxışında tələbələrin nizam-intizam qaydalarına daim riayət etməsinin vacibliyini vurğulayıb, hər hansı məsələ və ya çətinlik yarandığı halda fakültə rəhbərliyinə müraciət etmələrinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı V kurs tələbələrinin imtahanları və istehsalat təcrübəsi məsələləri də müzakirə olunub. Bu il məzun olacaq tələbələr təcrübə proqramı ilə bağlı fikirlərini bölüşərək yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər.
Görüş qarşılıqlı müzakirə və diskussiya şəraitində davam edib.